Kəşmirdə toqquşmalar: 60-dan çox polis yaralandı

Kəşmirdə toqquşmalar: 60-dan çox polis yaralandı
05:14 29 Mart 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Hindistanın Cammu və Kəşmir  ştatında etirazçılarla toqquşmalar zamanı 63  polis xəsarət alıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl üç dinc sakininin və bir silahlının öldürüldüyü bildirilib.

 

Xəsarət alanların ümumi sayı 80-dən çoxdur.  

 

İğtişaşlar polisin Çadura şəhərində silahlıların müəyyən edilərək saxlanılması üzrə əməliyyatı zamanı baş verib. Yerli sakinlər əməliyyata mane olmaq məqsədi ilə polisi daşqalaq ediblər. Polis gücdən istifadə etməyə məcbur olub.  

 

Hazırda xüsusi əməliyyat başa çatıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR