Sərnişin təyyarəsi eniş zamanı tüstülədi - VİDEO

Sərnişin təyyarəsi eniş zamanı tüstülədi - VİDEO
07:08 29 Mart 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Peruda sərnişin təyyarəsi eniş zamanı yanıb.

Publika.az xəbər verir ki, baş vermiş insident zamanı 26 nəfər xəsarət alıb. Onlar arasında 1 uşaq da var. Sərnişinlərdən biri xəstəxanaya yerləşdirilib.

Hadisə Xauxa şəhərinin hava limanı ərazisində baş verib. Qəza zamanı "Peruan Airlines"ə məxsus "Boeing-737" təyyarəsinin göyərtəsində 138 sərnişin olub.

Hava limanına bir neçə yanğınsöndürən dəstəsi cəlb edilib. "Boeing-737"-ni eniş zolağında tüstü bürüyüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məllum deyil.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR