Monteneqrodan NATO üzvlüyünə daha bir addım

Monteneqrodan NATO üzvlüyünə daha bir addım
07:19 29 Mart 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünə dair sazişi ratifikasiya edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Monteneqronun NATO-ya üzv seçilməsini 97 senator dəstəkləyib, iki senator “əleyhinə” səs verib, daha bir nəfər isə səs verməyib.

 

Monteneqro artıq 2017-ci ildə NATO-nun üzvü ola bilər.  Üzvlüyə dair qərar ümumxalq referendumda yox, ölkənin parlamentində qəbul ediləcək.  

 

NATO ölkələri 2016-cı ilin mayın 19-da Monteneqronun NATO-ya üzvlüyünə dair protokol qəbul ediblər. NATO-ya üzv olan 28 ölkənin hamısı qeyd olunan sənədi ratifikasiya etdikdən sonra Monteneqro  NATO-ya tamhüquqlu üzv olacaq.  Protokol artıq 24 ölkə tərəfindən ratifikasiya olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR