İslam oyunları üçün cüdo və atletika üzrə paralimpiyaçılarımızın sayı müəyyənləşdi

İslam oyunları üçün cüdo və atletika üzrə paralimpiyaçılarımızın sayı müəyyənləşdi
07:28 29 Mart 2017
279 İdman
Ölkə mətbuatı
A- A+

Martın 28-də Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) komitənin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə müşavirə keçirilib.

Publika.az AMPK-nin rəsmi facebook səhifəsinə istinadla xəbər verir ki, müşavirədə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək para atletika idman növü üzrə idmançıların hazırlıq vəziyyəti geniş müzakirə edilib. Komitənin baş katibi, müvafiq şöbələrin müdirləri və atletika idman növü üzrə baş məşqçi oyunlara hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Qeyd olunub ki, idmançılar cari ilin fevralında Belarus Respublikasında təlim məşq toplantısında iştirak ediblər. Sonra atletlərimiz martda Dubayda keçirilən IX Fəzza Beynəlxalq Qran-prisində uğurla çıxış edərək 5 qızıl, 5 gümüş və 1 bürünc medal qazanıblar. Hazırda idmançıların uğurlu çıxışları üçün lazımi tədbirlər davam etdirilir.

Mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçılar cüdo və atletika idman növlərində iştirak edəcəklər. Ölkəmizi cüdo idman növündə dördü qadın olmaqla 12, atletika idman növündə isə ikisi qadın olmaqla, 15 idmançı təmsil edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/192890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR