AÇ-2017: İlk gündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandı

AÇ-2017: İlk gündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandı
07:57 29 Mart 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk yarış günündə 57, 65, 74 və 97 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 

65 kq-da yarışan Teymur Məmmədov finala qədər bütün rəqiblərini üstələyib. İlk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edən güləşçimiz finala yüksəlib. Ancaq Türkiyə idmançısı zədəli olduğundan final görüşü baş tutmayıb və güləşçimizin çempionatın qızıl medalına sahib olub. 

74 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Belarus idmançısı ilə gərgin keçən görüşü qalib başa vuran (11:10) güləşçimiz çempionatın bürünc medalını qazanıb. 

57 kq çəkidə mübarizə aparan Pərviz İbrahimov Rumıniya və Gürcüstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısı ilə gərgin keən yarımfinal görüşündə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq Ukrayna güləşçisinə uduzan (12:2) Pərviz çempionatı 5-ci sırada tamamlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR