Türkiyədə partlayış: 1 ölü, 1 yaralı

Türkiyədə partlayış: 1 ölü, 1 yaralı
08:42 29 Mart 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İzmir şəhərinin Buca rayonunda avtomobil partlayıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində avtomobildə olan 1 nəfər həlak olub, 1-i isə yaralanıb.

İnsidentdən bir neçə dəqiqə sonra hadisə yerindən bir az aralıda daha bir partlayış baş verib. Bu partlayış nəticəsində xəsarət alan olmayıb.

Partlayışların səbəbi məlum deyil. Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR