ECA-dan "Neftçi"yə yubley "təbriki"

ECA-dan "Neftçi"yə yubley "təbriki"
09:57 29 Mart 2017
146 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Klublar Assosiasiyası (ECA) "Neftçi" ilə bağlı qərar qəbul edib. Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu tam hüquqlu üzvülükdən məhrum edilərək müşahidəçi statusu verilib (səs vermə hüququ olmayan).


Bu barədə qərar ECA-nın ötən ilin sentyabrında Cenevrədə baş tutan Baş Assambleyasında qəbul edilib. Lakin bu günə qədər "Neftçi" bu barədə ictimaiyyətə məlumat verməyib.


Əvəzində "Qarabağ" təşkilatın tam hüquqlu üzvü statusu alıb. Buna səbəb "Neftçi"nin son illərdə uğursuz çıxışı, "Qarabağ"ın isə əksinə beynəlxalq arenada özünü yaxşı tərəfdən göstərməsi olub. Ağdam klubu təşkilatın ən gənc üzvlərindən olsa da, qısa zamanda tam hüquqlu üzv statusu ala bilib.


ECA-nın Cenevrə toplantısında "Xəzər Lənkəran" və "Bakı" üzvlükdən çıxarılıb. Buna səbəb hər iki klubun fəaliyyətini  dayandırması olub. Azərbaycandan təşkilatın üzvü olan digər klub AZAL-dı.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-eca-dan-quotneftciquoty-yubley-quottbrikiquot-t57182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR