ABŞ-ın yeni xarici işlər naziri Ərdoğanla görüşə gedir

ABŞ-ın yeni xarici işlər naziri Ərdoğanla görüşə gedir
10:08 29 Mart 2017
186 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni xarici işlər naziri Rex Tillerson bu gün Türkiyəyə bir günlük səfər edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı Rex Tillerson Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı əsasən Suriya məsələsi müzakirə olunacaq. Eyni zamanda, Türkiyədə aprelin 16-da keçiriləcək referendum, Türkiyə-Avropa Birliyi və Türkiyə-Rusiya münasibətləri, regional problemlər və digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılacaq.

Ərdoğanla Tillerson arasında keçiriləcək görüş zamanı İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı ABŞ və Türkiyə arasında razılaşmanın əldə olunacağı gözlənilir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR