Arıqlamaq üçün pəhrizə ehtiyac yoxdur

Bədəndəki artıq yağlardan xilas olmaq üçün təbii üsullardan istifadə etmək olar.

Metbuat.az xəbər verir ki, yağları yandırmaq üçün istifadə olunan ən təsirli təbii içki limon və çiya (chia) toxumu ilə hazırlanır. Bu faydalı içki həmçinin soyuqdəymədən qorumağa yardımçı olur, bədəni təmizləyir və yağ əmələ gəlməsinin qarşısını alır.

Çayı hazırlamaq üçün yarım limon suyu, bir yemək qaşığı çiya toxumu, bir yemək qaşığı bal və yarım stəkan suya ehtiyacınız var. Öncə çiya toxumlarını bir saat suda saxlayın. Sonra bütün məhsullarla birgə blenderdən keçirin. İçkidən hər gün səhər için. Maddələr mübadiləniz sürətlənəcək və sağlam şəkildə arıqlayacaqsınız.

Qeyd edək ki, limon bədən üçün güclü bir təmizləyicidir. Toksinləri bədəndən atmağı təmin edən liflərlə zəngindir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR