"Miss & Mister Azerbaijan-2017" müsabiqəsinin yarımfinal mərhələsi keçirilib - FOTO

"Miss & Mister Azerbaijan-2017" müsabiqəsinin yarımfinal mərhələsi keçirilib - FOTO
10:17 29 Mart 2017
255 Şou
Ölkə mətbuatı
A- A+

12.03.2017-ci il tarixində Passage 1901 -də "Miss & Mister Azerbaijan-2017" Milli gözəllik müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Milli.Az xəbər verir ki, III Vice Mister Azerbaijan 2016, "Miss & Mister Azerbaijan-2017" Milli gözəllik müsabiqəsinin koordinatoru, Mister Azerbaijan 2017-nin Xoreoqrafı Elxan Paşayevin və "Miss & Mister Azerbaijan-2017" Milli gözəllik müsabiqəsinin baş koordinatoru, Miss Azerbaijan 2017-nin xoreoqrafı Ayla Mais-in rəhbərliyi altında seçim mərhələlərindən yarımfinala vəsiqə qazanmış 29 xanım və 29 bəy iştirakçı yarımfinal mərhələsində finalçı olmaq uğrunda mübarizə apardı.

Ənənəyə sadiq qalaraq yarımfinal mərhələsində iki nominasiya təqdim olundu. Miss Bahar nominasiyasına Mister Novruz da əlavə olundu. Lakin ötən illərdən fərqli olaraq, Miss Bahar və Mister Novruz nominasiyasına layiq görülən iştirakçıları tamaşaçılar deyil, ötən illərdə Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin qaliblərindən ibarət münsiflər heyəti müəyyən etdi. Miss Bahar -2017 adına iştirakçı nömrəsi 28 olan -Xanım Əliyeva, Mister Novruz-2017 nominasiyasına isə 28 nömrəli iştirakçı Vüsal Qasımzadə laiq görüldü. Əsas jüri heyəti isə "Miss & Mister Azerbaijan-2017" Milli gözəllik müsabiqəsinin finalçıları müəyyən etdilər. Hesablama komitəsinin nəticələrinə əsasən, 17 xanım və 17 bəy finalçı adını qazanaraq ölkənin bir nömrəli bəy və xanımı olmaq uğrunda mübarizəyə başladılar. Finalçı adını qazanmış iştirakçılar bunlardır.

"Mister Azerbaijann - 2017" Finalçıları:

1.Əhməd Əhmədov
2.Rəşid Kərimov
3.Ruslan Abdullazadə
4.Qiyas Kəlbiyev
5.Ayaz Yolçuyev
6.Pərviz Şükürov
7.Əli Hüseynov
8.Cavid İbrahimov
9.Zeynalabdin Xudiyev
10.Kənan Mikayılzadə
11.Ramal Həşimli
12.Vüqar Şəfiyev
13.Cavid Cavadlı
14.İsa Babayev
15.Abbas Məlikov
16.Kənan İsmayılov
17.Vüsal Qasımzadə

"Miss Azerbaijan - 2017" Finalçıları:

1. Günay Ələskərli
2. Ülviyyə Əliyeva
3. Gülnar İsayeva
4. Banu Şudjai
5.Oksana Çiragova
6.Cəmilə Amirova
7. İlahə Abasova
8. Dinara Mansimova
9. Ülviyyə Əliyarova
10.Raziyyat Əliyeva
11. Sevər Qasımova
12. Nailə Kərimova
13. Dəniz Nuri
14. Aidə Dövlatova
15.Səbinə Fətullayeva
16. Xanım Əliyeva
17. Arzu Hüseynzadə

Gecənin aparıcıları Əsmər Əlili və Seymur İlham idi. Yarımfinalın musiqi muşaiyəti DJ Niko tərəfindən təmin olunurdu.

Milli.Az
















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/530047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR