“Azərbaycan Dəmir Yolları”na 200 milyon dollarlıq kredit ayrıla bilər

“Azərbaycan Dəmir Yolları”na 200 milyon dollarlıq kredit ayrıla bilər
10:19 29 Mart 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Asiya İnkişaf Bankı (AİB) “Azərbaycancan Dəmir Yolları” QSC-yə 200 mln. dollar məbləğində kredit ayıra bilər.  

 

“APA-Economics” xəbər verir ki, bunu AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Manappabekov deyib. “Söhbət Şimal-Cənub nəqliyyat dəhlizinin maliyyələşdirilməsindən gedir. Biz təkliflərimizi “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə göndərmişik və onlardan cavab gözləyirik”, - deyə o bildirib.

 

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran ası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” saziş»ə  qoşulub. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR