Magistraturaya 14 minə yaxın bakalavr sənəd verib

Magistraturaya 14 minə yaxın bakalavr sənəd verib
10:34 29 Mart 2017
170 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura pillələrinə elektron ərizə qəbulu başa çatıb.

 

Lent.az-ın məlumatına görə, sənəd qəbulu martın 10-dan 28-dək davam edib. 

 

Magistratura pilləsı üzrə 13073  nəfər ərizəsini təsdiq edib ki, onlardan 11809 nəfər Azərbaycan, 1264 nəfər  isə rus bölməsinin məzunudur. 

 

Rezidentura üzrə 1075 nəfər ərizəsini təsdiq edib. Onlardan  923 nəfər Azərbaycan, 152 nəfər isə rus bölməsinin məzunudur.  

 

Qeyd edək ki, magistratura imtahanının birinci mərhələsi aprelin 9-da, ikinci mərhələsi iyunun 4-də, rezidentura üzrə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR