“CİA mənim Gülənin yanında olmağımı istəyirdi” – SENSASSİON AÇIQLAMA

“CİA mənim Gülənin yanında olmağımı istəyirdi” – SENSASSİON AÇIQLAMA
10:38 29 Mart 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Tanınmış türkiyəli jurnalist-yazar Abdurrahman Dilipak “Fətullahçı” terror təşkilatı (FETÖ) ilə bağlı sensassion açıqlamalar verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Abdurrahman Dilipak vaxtilə Fətullah Gülənin yanına yerləşdirilmək istədiyini bəyan edib.

O deyib ki, “FETÖ” ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) layihəsidir:

“Vaxtilə CİA iki nəfərin Fətullah Gülənin yaxın adamı kimi olmasını istəyirdi. Onlardan biri də mən idim. Mənə Fətullah gülənin sağ əli olmaq təklif olunmuşdu. Gülənin siyasi işlərini görməyimi istəyirdilər. Hətta, həmin vaxtı CİA-nın xəfiyyələri ilə də görüşmüşdüm. Həmin vaxtı bunları mediaya açıqlamışdım. Amma heç kəs mənə inanmırdı. Bu cür danışdığım üçün millət məni ələ salırdı. Bütün bunları yazdığım “Bu din mənim dinim deyil” adlı kitabımda da qeyd etmişəm”.

Abdurrahman Dilipak vaxtilə CİA tərəfindən ələ alınmaq istədiyini də söyləyib:

“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi məni ələ alıb, “FETÖ”-nün yanında yerləşdirmək istəyirdi. Çünki “FETÖ” Mərkəzi Kəşfiyyat İdarəsinin 1991-ci ildə başlatdığı bir layihədir. Hətta, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Graham Fullerlə də görüşmüşəm, bu təklifi şəxsən ona da rədd etmişəm”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR