Daha bir intihar - Yarımçıq tikilidə özünü asdı

Daha bir intihar - Yarımçıq tikilidə özünü asdı
10:52 29 Mart 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kürdəmir Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Mürtülü kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Xalid İsmayıl oğlu özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidə asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR