Ter-Petrosyan: "Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır"

Ter-Petrosyan: "Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır"
10:57 29 Mart 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

1991-1998-ci illərdə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bu sözləri "Kentron" erməni telekanalının efirində deyib.

"Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq", - deyə Levon Ter-Petrosyan qeyd edib. Sabiq prezident vurğulayıb ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır.

Sabiq prezident Madrid prinsiplərinə dəstək verdiyini gizlətməyib. "Əgər Serj Sarkisyan (Ermənistan prezidenti) bu yolla getsə, onda mən sona kimi onun yanında olacam", - o bildirib.

Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqresi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR