Diplomatlar üçün ayrılan pulları təyinatı üzrə istifadə etməyənlər məsuliyyət daşıyacaqlar

Diplomatlar üçün ayrılan pulları təyinatı üzrə istifadə etməyənlər məsuliyyət daşıyacaqlar
11:27 29 Mart 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti (NK) "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişiklik edib.

Milli.Az xəbər verir ki, NK-dan Trend-ə verilən məlumata görə, diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, həmin qaydalara görə, dövlət büdcəsindən diplomatik nümayəndəliklərə ayrılan maliyyə vəsaitləri təyinatı üzrə istifadə edilməli və ilin sonuna istifadə olunmayan qalıq vəsait ilkin mənbəyə qaytarılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR