​SSRİ-nin ən məşhur xəfiyyələri

Onların əksəriyyəti xəfiyyəlik zamanı tanış olub ailə qururdu. Ailələrinin möhkəm və davamlı olması isə agentliyin əsas tələblərindən sayılırdı.

29 mart 1912-ci ildə doğulan Yelizaveta Mukasey həyat yoldaşı Mixaillə 50 ildən çox xəfiyyəliklə məşğul olub. "Elza və Zefir" ləqəbli cütlük qərb ölkələrinə gedərək, mərkəz üçün informasiya toplayıblar.

30-cu illərin sonunda Mixailin Los-Ancelesə vitse-konsul təyin edilməsi ilə əlaqədar cütlük ora yollanıb. Cəmiyyətə asanlıqla adaptasiya edən cütlüyün görüşündə "Çarli Çaplin", "Uolt Disney", "Teodor Drayzer" kimi məşhurlar da olub.

Vətənə qayıtdıqdan sonra isə onlar gənc xəfiyyələr yetişdirməyə başlayıb.

Britaniya tarixinə adı qara hərflərlə yazılmış “böyük xainlər” dən olan Kim Filbinin bu aləmə qoşulması Sovet agenti Arnold Deyç sayəsində olub. Onun sayəsində SSRİ 10 britaniya agentini tutmağa müvəffəq olub. Filbinin xəfiyyəlik fəaliyyəti 10 il çəkib.

1960-cı illərdə SSRİ-yə qaçan agent "Lenin" və digər dövlət mükafatları ilə təltif edilib.

Xəfiyyə Yevgeni Belyakov isə hətta Norveç baş nazirinin xanımını da SSRİ-yə işləməyə razı sala bilib.

Digər məşhur agentlər sırasına Amerika kommunistləri Yulius və Etel Rozenberq cütlüyü də daxildir. Onlar SSRİ-yə ABŞ hərbi qüvvələri və hətta, nüvə bombası haqda məlumat ötürə biliblər.

SSRİ kəşfiyyatının ən uğurlu simalarından biri də macar Yan Çernyak olub. 35 nəfərlik qrupa başçılıq edən Çernyak hətta Adolf Hitlerin sevimli aktrisası Olqa Çexovanı öz tərəfinə çəkməyi bacarıb. Onun fəaliyyətinə “Barbarossa” planının surətini yaratmaqla yanaşı, ABŞ-ın atom layihəsi haqda məlumatlar əldə etmək də daxildir. Məhz onun fəaliyyəti nəticəsində SSRİ bir sıra müasir silahların istehsalına başlayıb.

Xəfiyyə həyatının bu qədər marağa səbəb olması rejissorların da diqqətini çəkib. 2015-ci ildə SSRİ kəşfiyyatçısı Rudolf Abelə həsr olunmuş film çoxsaylı tamaşaçı qazana bilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR