Süpürgəçi qadını "NAZ-Lifan"la vurub öldürdü

Süpürgəçi qadını "NAZ-Lifan"la vurub öldürdü
11:32 29 Mart 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunda qeydə alınıb.

Belə ki, Bərdə rayon Yaşıllaşdırma və Təsərrüfat İdarəsinin işçisi, 1954-cü il təvəllüdlü Məlahət Xanlar qızı Yusifovanı sürücüsü hələlik məlum olmayan "NAZ-Lifan" markalı avtomobil vurub. Hadisədən sonra sürücü qaçıb. Qəza nəticəsində M.Yusifova ölüb. 

Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR