"Telefonum az qala partlayırdı" - Dmitri Nazarov

"Telefonum az qala partlayırdı" -   Dmitri Nazarov
11:37 29 Mart 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın üzvü Dmitri Nazarov Almaniya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında vurduğu qolu şərh edib. Fanat.Az xəbər verir ki, futbolçu qoldan sonra telefonuna çox sayda zəngin gəldiyini bildirib: 


"Bu, həm özüm, həm də bütün Azərbaycan üçün inanılmaz an idi. Mobil telefonum gurultulu təbriklərdən az qala partlayırdı".


Nazarov deyib ki, Almaniyaya qarşı qorxaq oyun sərgiləsəydilər, qol vurmaları zaman məsələsi ola bilərdi: "Topa tez-tez nəzarət edirdik. Çox yaxşı oynadıq və topu yaxşı saxladıq. Sadəcə, belə rəqiblə görüşdə buraxdığımız hər səhvə görə cəzalandıq. Səhvlərə yol verməsəydik, fasiləyə bərabərliklə yollana bilərdik. İstənilən halda öz gücümüzü bu cür oyunlarda bilərik. Almaniya ilə matç göstərdi ki, Azərbaycan doğru yoldadır".


O, daha yaxşı klublarda çıxış etməli olduğuna dair sualı isə belə cavablandırıb: "Yalnız Almaniyaya qol vurmuşamsa, Çempionlar Liqasında oynamalı olduğumu deyə bilmərəm. Hazırda mən öz klubumu düşünürəm".


Qeyd edək ki, Nazarov Almaniyanın II Bundesliqa klubu "Aue"də çıxış edir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quottelefonum-az-qala-partlayrdquot-t57186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR