Universitetlərin magistr pilləsi və savadlı tələbələr üçün BÖYÜK TƏHLÜKƏ

Universitetlərin magistr pilləsi və savadlı tələbələr üçün BÖYÜK TƏHLÜKƏ
11:38 29 Mart 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-2018-ci illər üzrə magistr pilləsinə sənəd qəbulu başa çatıb. Əvvəlki illərdən fərqli olaraq bu il qəbul prosesində bir sıra yeniliklər tətbiq edildi. Bu ildən prosesi publik hüquqi şəxs olan Dövlər İmtahan Mərkəzinin keçirməsi, imtahanların ödənişli olması kimi yeniliklərin magistratura və rezidentura səviyyələrində qəbula təsiri də qaçılmazdır.

Bu dəyişikliklərin nəticələrinin necə olacağı ilə bağlı Publika.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırılıb.

- Bu il ilk dəfə magistratura və rezidenturaya qəbul ödənişli formada həyata keçiriləcək. İmtahanların ödənişli olması sənəd qəbuluna necə təsir etdi?

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 2017/2018-ci tədris ilində sənəd vermək istəyən bakalavrlar üçün Dövlət İmtahan Mərkəzi mart ayının 10-undan sənəd qəbuluna başlayıb. 17 mart saat 23:59-da sənəd qəbulunun başa çatması planlaşdırılsa da, qeydiyyatdan keçənlərin azlığı səbəbi ilə bu vaxt 28 marta qədər uzadıldı. DİM-in saytına olan məlumata görə, təsdiq edilmiş ərizələrin sayı Azərbaycan bölməsi üzrə - 11809, rus bölməsi üzrə - 1264 olub. Beləliklə, 2017/2018-ci tədris ilində magi cəmi – 13073 bakalavr sənəd qəbulunda iştirak edib və ərizəsini təstiq edib. Dövlət İmtahan Mərkəzinin rəsmi saytına görə 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd vermək istəyənlərin sayı 1075 nəfərdir, onların 923-ü Azərbaycan, 152 nəfəri rus bölməsi üzrədir. 2016-cı ildə isə bu rəqəm1239 nəfər 2015-ci ildə 1245 nəfər təşkil edirdi.

- Əvvəlki illərin göstəriciləri ilə müqayisə etsək, magistr pilləsinə qəbul üçün imtahanların qiymətinin bu il sənəd qəbuluna təsir göstərdiyini söyləyə bilərikmi?

- Məlumat üçün bildirim ki, 2016-cı ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 10-dan 19-dək aparılıb. 2016-cı ildə imtahanda iştirak etmək üçün 24110 bakalavr ərizə təqdim edib. Onlardan 21822 nəfəri Azərbaycan bölməsi, 2288 nəfəri rus bölməsi üzrə olub. Ərizə verənlərin 10281 nəfəri oğlan, 13829 nəfəri isə qızlar, bakalavrlardan 11550 nəfəri 2016-cı ilin ilin məzunları, 12560 nəfəri isə əvvəlki illərin məzunları olub. 2016-cı ildə 63 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib. 2015-ci ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. 2015-ci ildə imtahanda iştirak etmək üçün 23230 (2014-cü ildə 24560) bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlar təşkil edib. 2015-ci ildə magistr pilləsinə sənəd verən bakalavrlardan 11620 nəfəri 2015-ci ilin məzunları, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 2016-cı ildə 50 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib.

- Əvvəlki illərin rəqəmlərinə baxdıqda sənəd verənlərin sayında ciddi fərq müşahidə edilir. Ötən il bu səviyyələr üzrə ali məktəblərin plan yerində hansı vəziyət yaranmışdı?

- Qeyd etdiyim kimi, 2016/2017-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24110 bakalavr qeydiyyatdan keçmişdi. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Lakin qəbul olanlardan 730 nəfəri (14 %) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməmişdi. Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub. 2016-cı il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5142 (69.85 %), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1395 (18.95%) yer olmaqla ümumilikdə 7362 plan yeri ayrılmışdı. İmtahanının nəticələrinə əsasən, 4769 bakalavr (Azərbaycan bölməsi üzrə 4312, rus bölməsi üzrə 457) magistratura səviyyəsinə qəbul olunmuşdu. Onlardan 2209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Rəsmi rəqəmlərdən də göründüyü kimi qəbul planı 64.78 % dolub. Plan yerlərindən 2593-ü (35.22 %) boş qalmışdı. 2016-cı ildə yalnız plan yerləri isə 80 faizdən çox dolmuşdu. 2015-ci ildə isə ayrılmış 6289 plan yerinə 5017 bakalavr (onlardan 2002 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 79.77% dolmuşdu. Bu il magisrt pilləsinə qəbul plan yerlərinin artdığını və 8 minə çatdığını nəzərə alsaq bu il ciddi şəkildə plan yerinin boş qalacağı qaçılmazdır.

- DİM bu il magistr və rezidenturaya qəbul imtahanlarıdan nə qədər gəlir əldə edib?

- Nəzərə alsaq ki, hələ imtahanın birinci mərhələsi üçün sənəd qəbulu həyata keçrilir. Magistr pilləsinə qəbul olmaq üçün birinci mərhələdən qeydiyyatdan keçən bakalavrların sayı 13073 nəfərdir. Hər bir bakalavr imtahanın birinci mərhələsində iştirak etmək üçün 50 manat ödəyib. Deməli magistr imtahanının birinci mərhəlsindən DİM 653650 manat gəlir əldə edib. Rezidenturaya qəbul olmaq istəyənlərin sayı isə 1075 - dir. Rezidenturaya qəbul olmaq istəyənlərin isə hər biri birinci mərhələdə iştirak etmək üçün 60 manat ödəyib. Məlum olur ki, rezidenturaya imtahanının birinci mərhəlsindən DİM 64500 manat gəlir əldə edib. Bu rəqəmləri hesablasaq aydın olar ki, DİM Magistr və Rezidenturaya qəbul imtahanlarının birinci mərhələsindən 718150 manat gəlir əldə edib.

- Necə düşünürsüz, imtahan qiymətlərinin atrması təhsilin keyfiyyətinə təsir göstərə bilərmi?

- Əlbətdə ki, yox. Çünki, qəbul imtahanları sadəcə olaraq seçim üsuludur. Onun necə keçirilməsi təhsilin keyfiyyətinə o qədər də ciddi təsir göstərə bilməz. Magistr pilləsinə riyazi məntiq, proqramist səviyyəsində informatika və akademik səviyyədə xarici dildən aparılan imtahanlar təhsilin keyfiyyətinə heç bir müsbət təsir göstərə bilməz. Təhsilin keyfiyyətinə təsir edən əsas məsələ rəqabət mühitinin olmasıdır. Amma imtahanda iştirak edənlərin sayının azalması rəqabət mühitini aşağı salır. Bundan başqa, kifayət qədər savadlı, prespektivli gənclər maddi imkanları zəif olduğuna görə bu prosesdən kənarda qalacaq. Keyfiyyətin artırılması ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldiləməsi ilə həyata keçrilə bilər. Riyazi məntiqdən yaxşı bal toplamaqla, informatikanı əzbərləməklə və xarici dildə qaydaları əzbərləməklə imtahanda nəticənin yüksəldilməsi təhsilin inkişafına təsir edə bilməz. Kiminsə yüksək bal toplaması onun yüksək hazırlıqlı kadr olması demək deyil.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/192936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR