Maşınla Azərbaycana narkotik keçirmək istədi, itə yaxalandı

Maşınla Azərbaycana narkotik keçirmək istədi, itə yaxalandı
11:52 29 Mart 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, İdarənin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Türkiyə vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı itin reaksiyasına əsasən saxlanılıb.

Avtomobilə baxış zamanı, nəqliyyat vasitəsinin yük üçün nəzərdə tutulmuş hissəsindəki alətlər dəstinin yerləşdiyi yeşikdə bir ədəd bağlamada, xalis çəkisi 7,292 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR