"Balam cırıq şalvarla instituta gedirdi" - Qəzada ölən İbrahimin ACI TALEYİ - AUDİO

"Balam cırıq şalvarla instituta gedirdi" - Qəzada ölən İbrahimin ACI TALEYİ  - AUDİO
11:58 29 Mart 2017
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Sumqayıt yolunda baş verən qəzada həlak olan Quliyev İbrahim Vüqar oğlunun anasının vəziyyəti ağırlaşıb.

Bu barədə mərhumun bibisi Sevda Quliyeva bildirib.

Onun sözlərinə görə, İbrahimin anası Vəsilə xanım onkoloji xəstəlikdən əziyyət çəkir: "Qəzadan sonra Vəsilənin vəziyyəti daha da ağırlaşıb. Gündə 3 dəfə təcili tibbi yardım çağırılır. Hər gün qəbrini ziyarət edirik. Ah - naləsi, fəryadı yerə-göyə sığmır. Axı o uşaqların günahı nə idi?! Xəstə canı ilə atası işləyib, uşaq böyütdü ki, kimsə onun qanına bais olsun?! O uşaq bizdə qalırdı, mənim evimdə, Hövsanda. Hövsandan Sumqayıta oxumağa gedirdi, Allah götürməz bu dərdi. Mənim qardaşımın imkanı yox idi ki, ayağına bir ayaqqabı alsın, geyinsin. Atası da bizdə qalırdı, fəhlə işləyirdi. Gündə beş manat pul qazanırdı, onun üçünü İbrahimə verirdi ki, yol pulu eləsin. Bunu yer-göy götürməz! Mənim qardaşımın balası cırıq şalvarla məktəbə gedib - gəlirdi. Qardaşımın pulu yox idi ki, ikinci şalvarı alıb uşağına geyindirsin. Axşam şalvarı yuyurdum ki, səhər qurudub məktəbə geyinsin. Bu hadisə hamımıza ağır dərd oldu. Dözə bilmirik".

(xanım.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/192940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR