Bakıda şadlıq evi 12 milyon manata satışa çıxarıldı - FOTO

Bakıda şadlıq evi 12 milyon manata satışa çıxarıldı - FOTO
12:12 29 Mart 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Son vaxtlar şadlıq evlərinin satışa çıxarılması, sənət adamları arasında toyların olmaması ilə bağlı söhbətlər gəzir.

Milli.Az xəbər verir ki, əmlak üzrə ekspert Ramil Osmanlı aznews.az-a açıqlamasında bildirib ki, xərclərin azaldılması kömək etmədikdə, ən yekun variant həmin əmlakın satışa çıxarılmasıdır:

"Əmlak gəlir gətirmirsə, onun uzun müddət saxlanılması bir tərəfdən həmin əmlakın dəyərinə mənfi təsir göstərir, digər tərəfdən isə sahibkara əlavə xərclər yaradır. 

Məsələn, şadlıq evinin ilk vaxtlar dəyəri 5 milyon manatdırsa, artıq işləmədiyi vaxtlarda onun dəyəri 30-40% azalır. Digər tərəfdən sahibkar orada müəyyən işçi qüvvəsi saxlayır, kommunal xərclər ödəyir. Bu da sahibkara əlavə yükdür. 

Optimallaşdırmada yeganə çıxış yolu işləməyən obyektin realizə olunması, yəni satışa çıxarılmasıdır. Bu da təbii prosesdir".

R.Osmanlı şadlıq evinə 12 milyon manat məbləğində dəyər qoyulmasına da münasibət bildirib:

"Həmin əmlaka tikilən zaman müəyyən xərc çəkilib. Sahibkar heç bir halda onu çəkdiyi xərcdən aşağı qiymətə satmayacaq. 

Hətta ilkin mərhələdə 15% xərclərin üstünə gəlinir və bundan sonra obyekt bazara çıxarılır. Ola bilər ki, bu obyekt 20 milyona satışa çıxarılıb. 

Qiymət o vaxt real dəyər hesab olunur ki, alıcı ilə razılaşdırılsın. 12 milyon isə hələlik onun təklif qiymətidir. Təklif olunan dəyər heç bir vaxt real dəyər anlayışı daşımır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR