7 yaşlı övladını çəkiclə öldürən şəxslə bağlı ŞOK FAKTLAR - SİLAH, FƏRARİLİK, OĞURLUQ...1

7 yaşlı övladını çəkiclə öldürən şəxslə bağlı ŞOK FAKTLAR - SİLAH, FƏRARİLİK, OĞURLUQ...1
12:17 29 Mart 2017
254 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında Sabirabad rayonunun Ulacalı kəndində 7 yaşlı oğlunu xüsusi amansızlıqlıa öldürən 27 yaşlı Məmmədov Röyal Şakir oğlunun əvvəllər hansı cinayətlərə görə məhkum edildiyi məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, övladının başına çəkiclə zərbələr endirərək onu vəhşicəsinə öldürən Röyal Məmmədov əvvəllər oğurluq etdiyinə və hərbi xidmətdə olarkən postu qoyub silahı ilə birgə qaçdığına görə məhkum edilibmiş.

Azərbaycanda ata çəkiclə 7 yaşlı oğlunu öldürüb

O, Cinayət Məcəlləsinin ümumilikdə 4 maddəsi ilə - 177.1 (Oğurluq), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 338.1 (Döyüş növbəsi çəkmə qaydalarını pozma, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) və 349.1 (Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda) təqsirli bilinərək həbs edilib və bu ilin yanvar ayında həbsdən çıxıb.
 
Bildirilir ki, R.Məmmədov hərbi xidmətə getməzdən əvvəl evlənibmiş, o, sevdiyi qızı qaçıraraq onunla ailə qurubmuş.
 
Qeyd edək ki, məlum cinayətlə bağlı araşdırmalar davam etdirilir, R.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR