Bakıda gəlin 14 yaş böyük ərini atıb EVDƏN QAÇDI

Bakıda gəlin 14 yaş böyük ərini atıb EVDƏN QAÇDI
15:22 29 Mart 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ana və iki körpəsi itkin düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsinə müraciət edən 39 yaşlı Ürfan Maqsudov (ad və soyadlar şərtidir) bildirib ki, həyat yoldaşı və iki azyaşlı övladı itkin düşüb.

Gecə saatlarında polisə müraciət edən şəxs bildirib ki, həyat yoldaşı, 25 yaşlı Səriyyə 5 yaşlı qızı və 3 yaşlı oğlu ilə martın 27-də saat 11 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Şikayətçi ailə üzvlərinin fotolarını və xarakterik əlamətlərini polisə təqdim edib. O, qadının və uşaqlarının tapılaraq evə qaytarılmasını xahiş edib.

Axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR