Çində valideynlərinin, tanış-bilişin evlənmə təzyiqindən canını qurtarmaq istəyən qızlar müvəqqəti ərlərə müraciət etməli olublar.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, nə qədər tərəqqi etmiş olsa da şərqlilik xüsusiyyəti özünü qabarıq göstərən Çində qızlar “yaşın çatıb, ailə qur” israrlarından təngə gəliblər. Çarəni isə kirəlik ərlərdə tapan qızların sayəsində əməlli başlı biznez qurulub.
Bir saatlıq və ya günlük tutulan “ər”lərdən ən çox başqa şəhərlərdə işləyən və ya təhsil alan qızlar istifadə edirlər. Onlar doğma şəhərlərinə valideynlərə baş çəkməyə gedərkən yanlarında apardıqları belə ərciklərin xidmətindən istifadə edirlər.
Çinin ən böyük “Ər kirayələmək” agentliklərindən birinin sahibi Zou Xiaopeng deyir ki, qızlar və ailələri üçün xoşbəxt bir tablo yaradırlar.
Agentlikdə hər şeyin qiyməti açıq göstərilir:
Qızın ailəsi ilə yemək 5 dollar.
Yemək zamanı qızın yanağından bir öpüş almaq 8 dollar.
Valideynlərin evində bir gecə qalmaq 85 dollar.
Kirayə ər kimi fəaliyyət göstərən oğlanların çoxu bunu pul üçün etsələr də, bəziləri bu işin çox həyəcanverici olduğunu deyirlər.
Şəfiqə ŞƏFA