Liviyada təyyarə qəzası

Liviyanın şərqində yerləşən Tobruk şəhərində Nümayəndələr Palatası qüvvələrinə aid döyüş təyyarəsi qəzaya uğrayıb.

Metbuat.az bildirir ki, Cemal Abdunnasır Hərbi Hava Qüvvələrinə məxsus olan təyyarənin qəzaya uğraması nəticəsində bazanın komandiri Saleh Cevdə həyatını itirib. Təyyarənin Ət-Tars bölgəsindəki bir evin üzərinə düşdüyü deyilir. Qəzaya səbəb kimi təyyarədəki texniki nasazlıq göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR