Elmir Vəliyev Allahverdiyevin adamını işdən qovdu

Elmir Vəliyev Allahverdiyevin adamını işdən qovdu
15:37 29 Mart 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz" futbol klubunda daha bir rəsmi şəxs işdən çıxarılıb. Fanat.Az xəbər verir ki, bu barədə Qaynar.az-a kluba yaxın mənbə məlumat verib.


Mənbənin məlumatına görə, klubun rəisi Tahir Mirzəyev vəzifəsindən azad edilib. Bu barədə klubun Müşahidə Şurasının rəhbəri Elmir Vəliyev qərar verib.


Tahir Mirzəyev klubun keçmiş baş məşqçisi, son dövrlər icraçı direktor kimi "Kəpəz"də fəaliyyət göstərmiş Mehman Allahverdiyevin adamı kimi tanınırdı və məhz onun vasitəsi ilə kluba gətrilmişdi. Allahverdiyev özü bir müddət əvvəl Elmir Vəliyevin atası, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qərarı ilə klubdan kənarlaşdırılmışdı. Buna səbəb isə icra başçısına "Kəpəz" və rəhbərliyi haqqında xəbərlərin Allahverdiyev tərəfindən mətbuata ötrülməsi barədə məlumat verilməsi olmuşdu. 


Hazırda Allahverdiyevin klubda bir adamı qalıb ki, bu baş məşqçi Şahin Diniyevin köməkçisi olan qardaşı Fizuli Allahverdiyevdir. Onun da yaxınlarda işdən çıxarılması gözlənilir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elmir-vliyev-allahverdiyevin-adamn-idn-qovdu-t57198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR