Məşhur sənətçinin məzarı açıldı - "Mən onun günahı idim, anamla..." - FOTO

Məşhur sənətçinin məzarı açıldı - "Mən onun günahı idim, anamla..." - FOTO
15:37 29 Mart 2017
185 Dünya
Ölkə mətbuatı
A- A+

360 TV-də yayımlanan "Perihan Savaş ilə yeni mən" proqramına qatılan aktrisa Meral Küçükerol inanılmaz açıqlamalar verib.

Meral Küçükerol atası Bedri Koramanın məzarının açdırılmasına qərar istəyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Respublika prokurorluğunun nəzarəti altında cənazədən DNT nümunələri alınıb.

İddianı qaldıran Meral Küçükerol dünən 360 TV-də yayımlanan "Perihan Savaş ilə yeni mən" verilişinə qatılıb. Aparıcının suallarını cavablandıran Küçükerol rəhmətlik atası Bedri Koramanın son həyat yoldaşı Nil Koramana sərt reaksiya göstərərək: "Atam yoldaşına "Merala soyadımı verəcəm" dediyində qəbul etmədi və bu danışıq mənim yanımda oldu. Hər halda məni varis sandı, mənim içimdəki sevgini anlamadı. Mənim əslində o soyada ehtiyacım yoxdur, amma bu həqiqət ortaya çıxsın deyə məzar açılır. DNT-nin nəticəsini hər kəs görəcək və mən də o zaman quş kimi qanadlanacam. "Necə oldu, Nil xanım?" deyə soruşacam. Məni axtarıb soraqlamayan qardaş-bacım Murat Koraman, Şule Koraman Gergerə vaxtı çatanda göstərəcəyəm", - deyib.

Meral Küçükerolun bu şərhlərinin ardından ögey qardaşı olduğunu söylədiyi Şule Koraman Gergerin həyat yoldaşı Faruk Gerger də yayıma telefonla bağlanıb. Gerger: "Biz Meral xanımdan onsuz da heç vaxt imtina etmədik. Meral də bizi axtarmadı. Hər zaman onu Bedri bəyin qızı kimi gördük. Bundan əlavə biz də Nil Koramana qarşı iddia qaldırmışıq, bu mirasa görə", - açıqlamasını edib.

Məşhur aktrisa: "Atamı 4 yaşında ikən gördüm. Sonra məktəbə gedərkən soyadımı almaq istədim, amma bu haqda eşitmək belə istəmirdi. Ona (Bedri Koraman) görə mən hesab edirəm ki, mən onun günahı idim. Anamla eşq yaşayıb və sonra imam nigahı ilə evləniblər. Sonra mən anamın qarnında 7 aylıqkən ayrılıblar. Buna da səbəb nənəm olub", - ifadələrini işlədib.

Qeyd edək ki, Meral Küçükerol 8 il əvvəl məşhur karikaturaçı rəssam Bedri Koramanın atası olduğu səbəbi ilə iddia qaldırmışdı, ancaq istəyinə çatmamışdı. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR