Ərəb şeyxləri Sarkisyanı devirmək üçün milyardlar ayırır

Ərəb şeyxləri Sarkisyanı devirmək üçün milyardlar ayırır
15:42 29 Mart 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

Biz qazanacağıq, həmkarlarım beş ildir zəng edirlər, deyirlər ki, Ermənistana 15 milyard investisiya qoymağa hazırıq.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu dünən İrəvanın İdman-Konsert Kompleksində tərəfdarları qarşısında çıxışı zamanı Qaqik Tsarukyan deyib.

"Jamanak" qəzetinin məlumatına görə, Tsarukyana bu pulları Dubay və Qətər şeyxləri vəd edib. Bununla yanaşı, onun şeyxlərlə dostluq əlaqələri və həmin ölkələrdə çoxmilyonluq bizneslərinin olduğu deyilir. 

Qəzet sonda bu şəxslərin adi zənginlər olmadığını, həmin ölkələrin yüksək səviyyəli milyarder rəsmiləri olduğunu xatırladıb.

Xatırladaq ki, ötən günlərdə Sarkisyan BƏƏ-ə səfər edərək oradan investisiyalar cəlb etməyə çalışmışdı. Görünür, ərəb şeyxləri müxalif "Tsarukyan" ittifaqına daha çox investisiya qoymağa can atır, nəinki Sarkisyan hakimiyyətinə.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR