Hərbi hazırlıq keçən gənclər soyqırım qurbanlarını yad ediblər - FOTO

Hərbi hazırlıq keçən gənclər soyqırım qurbanlarını yad ediblər - FOTO
15:47 29 Mart 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin filiallarında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən müdavimlər və Cəmiyyətin icra orqanının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Cəmiyyətdən Milli.Az-a verilən məlumata görə, ziyarətçiləri kompleks və ərazidəki kütləvi məzarlıqla tanış edən Kompleksin direktoru Səidə Abasova işğalçı ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı törətdikləri 31 Mart Soyqırımı barədə ətraflı məlumat verib. Daha sonra erməni vəhşiliklərini əyani sübut edən tarixi sənədlər və foto şəkillərlə tanışlıq imkanı yaradılıb.

Cəmiyyətin sədri Şahvələd Əliyev müdavimlərdə yüksək hərbi vətənpərvərlik duyğularının aşılanması üçün bu cür maarifləndirici səfərlərin vacibliyinə toxunaraq onların bundan sonra da davam etdiriləcəyini bildirib.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR