Pullu sınaq imtahanları başlayır

Pullu sınaq imtahanları başlayır
15:48 29 Mart 2017
482 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 1-dən 9-dək keçiriləcək ödənişli elektron sınaq imtahanına yazılış aparılır.

DİM-dən Publika.az-a verilən məlumata görə, bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq.

Test nümunələri yeni olmaqla yanaşı, imtahan fənləri üzrə qəbul proqramına və imtahan modelinə tam uyğun hazırlanıb.

Elektron sınaq imtahanı abituriyentlərə imtahandan sonra yenidən test suallarına baxmaq, onları təhlil etmək, öz cavablarını etalon cavablarla müqayisə etmək imkanı da yaradır.

Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. Sınaq imtahanı üçün ödəniş 10 manatdır. İmtahan müddəti 3 saatdır.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/192981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR