"Barselona" Messinin müdafiəsinə qalxdı

"Barselona" Messinin müdafiəsinə qalxdı
16:05 29 Mart 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubu FİFA tərəfindən 4 oyunluq cəzaya məruz qalan argentinalı futbolçusunun müdafiəsinə qalxdı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun yaydığı açıqlamada qərarın təəccüb və narazılıqla qarşılandığı qeyd olunub:

"Argentinalı futbolçumuza verilən 4 oyunluq cəzanı ədalətsiz və qanunsuz hesab edirik".

Açıqlamada idman və idmandan kənar nümunə göstərilən Messinin klub olaraq yanında olduqlarını bildiriblər.

Xatırladaq ki, Messi Argentina-Çili qarşılaşmasında yan xətt hakimi ilə mübahisə etdiyinə görə FİFA tərəfindən 4 oyunluq cəza alıb. Messisiz Argentina Boliviya oyunda 0:2 hesablı məğlubiyyətlə üzləşib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR