“Brexit” rəsmən başlandı

“Brexit” rəsmən başlandı
16:18 29 Mart 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Tim Barrou Britaniyanın baş naziri Tereza Mey tərəfindən imzalanan və krallığın Avropa İttifaqından çıxışını nəzərdə tutan rəsmi məktubu Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda tvitter səhifəsində Donald Tusk yazıb.

Avropa İttifaqından çıxış haqqında Lissabon müqaviləsinin 50-ci maddəsində yer alan qaydalara əsasən Böyük Britaniya “Brexit”in işə salınmasından düz iki il sonra - 2019-cu martın 29-da qurumu tərk etməli olacaq.

Britanın Avropa İttifaqından çıxışı üzrə referendum 2016-cı il iyunun 23-də keçirilib. Əhalinin 52 faizi qurumu tərk etməyə tərəfdar olub.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR