Bakı metrosunda bədbəxt hadisə

Bakı metrosunun "İnşaatçılar" stansiyasında bədbəxt hadisə baş verib.

Metbuat.az xəbər verir ki, 19-20 yaş arası olan qızın ürəyi gedib. Hadisə şahidləri qızın vəziyyətinin havasızlıqdan pisləşdiyi bildirib.

"Metroda basabas olduğundan qızın halı pisləşərək, ürəyi gedib".

Hadisə yerinə metropoliten işçiləri tərəfindən təcili tibbi yardım çağırılıb.

Aytən Novruzova

FOTO: Orxan Line


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR