Bu gündən Bakıda "Oyunlar zolağı"nın çəkilişinə başlanılır - Yollar bağlanacaq

Bu gündən Bakıda "Oyunlar zolağı"nın çəkilişinə başlanılır - Yollar bağlanacaq
16:37 29 Mart 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəravtoyol" ASC tərəfindən 12-22 May 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın işarələnməsi işlərinə start verilir.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, "Oyunlar zolağı"nın çəkilişinə ilk olaraq Neftçilər prospekti - Azneft meydanından başlanılır.

Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Azneft meydanından Əl Oyunları İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

"Oyunlar zolağı"nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində isə təyin edilən yerlərdə "Bakı 2017" sözləri yazılacaq.

"Oyunlar zolağı"nın Neftçilər prospektinə (Azneft meydanı-Bayraq meydanı), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Azəravtoyol" ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR