Bu axşam bəzi yollarda hərəkət məhdudlaşır

Bu axşam bəzi yollarda hərəkət məhdudlaşır
16:58 29 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azəravtoyol” ASC tərəfindən 12-22 May 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospekti “Azneft meydanı”ndan başlanılır.

Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin “Azneft meydanı”ndan Əl Oyunları İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılacaq.

“Oyunlar zolağı”nın Neftçilər prospektinə (“Azneft meydanı”-“Bayraq meydanı”), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/192994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR