"Ciddi tədbirlər görüləcək" - Bakı Nəqliyyat Agentliyi

"Ciddi tədbirlər görüləcək" - Bakı Nəqliyyat Agentliyi
17:12 29 Mart 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin nəqliyyatında vahid sürücü bazasının yaradılması ilə bağlı işlər davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib.

Qurum rəhbəri bildirib ki, artıq şəhərdaxili marşrutlarda fəaliyyət göstərən sürücülər siyahıya alınıb:

"Bəzi şirkətlərin təqdim etdikləri siyahı bizi qane etmir. İslam Oyunlarından sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Sürücülər təlim proqramlarına cəlb ediləcək. Bu proqramda sürücülərin yalnız avtobusu idarəetmə qabiliyyətləri deyil, ekstremal şəraitdə nəqliyyat vasitəsini idarəetmə və digər təlimlər də var. Sürücülər həmin təlimlərə cəlb ediləcək, təlimlərdən keçən sürücünün marşruta çıxmasına icazə veriləcək. Söhbət ondan getmir ki, hansısa sürücü 10-15 il marşrut idarə edibsə, ona güzəşt olunacaq. İstənilən sürücü həmin təlimlərdən keçərsə, marşrut xəttində avtobus sürməsinə icazə veriləcək. Əks halda sürücü marşrutdan kənarlaşdırılmalıdır".

V.Kərimli bildirib ki, avtobus sürücüləri ilə yanaşı, xüsusi xidmət sürücüləri də təlimlərə cəlb edildikdən sonra onların işləməsinə icazə veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR