"Barselona"da Arda Turan şoku

"Barselona"da Arda Turan şoku
17:27 29 Mart 2017
193 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın və Türkiyə millisinin futbolçusu Arda Turan 3 həftəyədək sıradan çıxıb. Tibbi müayinə nəticəsində 30 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb.


"Ay-ulduzlular"ın düşərgəsində ikən xəsarət alan Arda Moldova ilə yoldaşlıq görüşünü buraxmalı olub. İndi isə o, La Liqada minimum 4 oyunda və İtaliya "Yuventus"una qarşı Çempionlar Liqasının ilk 1/4 final qarşılaşmasında iştirak etməyəcək. Bərpa prosesi plan üzrə getsə, Turan aprelin 19-da "Yuventus"la cavab görüşünə və ya aprelin 23-də "Real Madrid"lə La Liqa matçına hazır olacaq.


Qeyd edək ki, Türkiyə millisi 2018-ci il dünya çempionatının seçmə qrup oyununda Finlandiyanı 2:0, yoldaşlıq görüşündə isə Moldovanı 3:1 hesabı ilə yenib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotda-arda-turan-oku-t57201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR