Rusiya ordusunun sayı 1,9 milyon nəfərə çatdırılıdı

Rusiya prezidenti Vladimir Putin ordunun canlı qüvvəsinin sayının 1,9 milyon nəfərə çatdırılması ilə bağlı sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "RİA НОВОСТИ"-nin yaydığı məlumatda qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı milyondan artıq olmalıdır. Əvvəlki sərəncamda Silahlı Qüvvələrin ştat sayı 1,88 milion nəfər təşkil edirdi.

Hazırda Rusiya Silahlı Qüvvələrində ştatlı hərbçilərlə bərabər mülki vətəndaşlarda xidmət edir.

Qeyd edək ki, bir çox hərbi ekspertlər Putinin bu qərarını NATO ilə mövcud gərginlik, Ukrayna və Suriyadakı münaqişələr fonunda böyük müharibəyə hazırlıq kimi qiymətləndirirlər.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR