Britaniya nəşri: "Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək lazımdır"

Britaniya nəşri: "Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək lazımdır"
17:37 29 Mart 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanla münasibətlərin genişləndirilməsinin və inkişaf etdirilməsinin yollarını axtarmaq lazımdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözlər Londonun "Siti korporasiyası"nın üzvü, Avropa-Azərbaycan Cəmiyyətinin sədr müavini Edvard Lordun "Prospect" jurnalında dərc olunan məqaləsində yer alıb.

Müəllif qeyd edir ki, müstəqillik əldə etdikdən bəri Azərbaycan böyük dəyişikliklərə məruz qalıb: "Azərbaycanın nailiyyətlərinin siyahısı heyranlıq doğurur: 6 il ərzində iqtisadiyyatın üçqat artımı, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat, Dünya Bankının hesabatına əsasən, 2008-ci ildə islahatçı ölkələr arasında birinci yer".

Onun sözlərinə görə, Azərbaycanın inkişafa doğru addımlaması təkcə demokratiyanın güclənməsi üçün deyil, həm də Böyük Britaniyanın maraqları üçün vacibdir: "Azərbaycan etibarlı və stabil tərəfdaş olaraq bizim təhlükəsizliyimiz üçün böyük əhəmiyyət kəsb edir."

Müəllif yazır ki, ölkələr arasında əməkdaşlıq nə qədər effektiv olarsa, islahatlar prosesi daha sürətlə gedəcək və bu cür ikitərəfli əməkdaşlıqdan hər iki ölkə xeyir görəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR