- Bu axşamdan Bakıda bəzi yollar bağlanacaq

Bu gün axşam saatlarında paytaxtın bəzi küçələri bağlanacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Metbuat.az-a verdiyi açıqlamaya əsasən, bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən “Azneft meydanı”nadək olan hissəsində və Niyazi küçəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR