"Azərbaycanlı futbolçular ilinə 600-700 min avro qazanırlar"

"Azərbaycanlı futbolçular ilinə 600-700 min avro qazanırlar"
17:42 29 Mart 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan millisinin bütün oyunçuları peşəkardır. Onlar yaxşı yaşayırlar".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın qapıçılar üzrə sabiq məşqçisi Uli Ştayn "Bild"ə açıqlamasında deyib.

Millimizin sabiq baş məşqçisi Berti Foqts bir neçə gün əvvəl Almaniya mətbuatına açıqlamasında azərbaycanlı futbolçuların həddən artıq qazandıqlarını və bu səbəbdən Avropa klublarına getmək istəmədiklərini qeyd etmişdi. 

Foqtsun sabiq köməkçisi onun fikirlərini təsdiqləyib: "Müqayisə üçün deyim ki, bu ölkədə orta aylıq qazanc 400 avrodur. Futbolçular isə hətta ilinə 600-700 min avro qazanırlar. Bəzi oyunçuların səviyyəsi  yüksəkdir. İkinci  bundesliqada oynayan Dmitri Nazarovu qeyd edə bilərəm. Nazarov kimi bir neçə futbolçu var. Ancaq onlar inkişaf etmək istəmirlər".

Qeyd edək ki, Uli Ştayn 2009-2014-cü illərdə millimizdə çalışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR