Qiyməti əl yandıran məhsullar: 900 min dollara kompüter

Qiyməti əl yandıran məhsullar: 900 min dollara kompüter
17:48 29 Mart 2017
Ölkə mətbuatı
A- A+

Son illərin ən nüfuzlu brendlərindən olan “Apple” reytinqə görə rəqibləri ilə arasında uçurum yaradıb. Şirkətin bazara çıxardığı hər yeni məhsul böyük səs-küylə qarşılanır. Hətta bu yaxınlarda şirkətin təqdim etdiyi qırmızı “iPhone 7” alıcılar arasında ikitirəlik yaratdı. Bəziləri “Apple” şirkətinin bu addımını innovatorluqdan kənar hesab etdi. Digərləri isə şirkəti dəstəkləyib qırmızı smartfon almaq üçün əvvəlki “iPhone”larını bir qırağa tulladılar. Əslində qırmızı “iPhone 7”-nin əvvəlkindən fərqi təkcə rəngindədir. Amma qiyməti daha bahadır.

Ümumiyyətlə, PRODUCT RED (qırmızı məhsul) brendi ilk dəfə 2006-cı ildə QİÇS xəstəliyinə diqqət artırmaq üçün təqdim edilib. Bundan sonra şirkətlər bu kampanyanı dəstəkləmək üçün qırmızı rəngli məhsullar buraxmağa başlayıblar. Amma “Apple” şirkəti indiyədək tam qırmızı rəngdə smartfon və ya planşet istehsal etməmişdi. Şirkət qırmızı qulaqcıqlar, telefon çexolları və s. ilə sözügedən kampaniyanı dəstəkləyirdi.

Publika.az-ın xəbərinə görə, “Apple” məhsulları istifadəçilər arasında o qədər populyarlaşıb ki, onun əvvəlki buraxılışları da alıcılar tərəfindən rəğbətlə qarşılanır. “Rəğbət” burada səslənməsi gözəl söz kimi yazılmayıb. İş orasındadır ki, başqa brendin texniki məhsulları zaman ötdükcə ucuşlaşdığı halda “Apple”-da əksinə, bahalaşır. Hətta şirkətin məhsulları od qiymətinə satılır. İnsanlar bunu təkcə nostalji xatirinə etmirlər. Həm də bir-birinin paxıllığına “Apple” brendləri üçün növbəyə durublar. Məsələn, on il bundan qabaq istehsal edilmiş “iPone 2G” hazırda 5 min dollara satılır. Məhsul nə qədər əvvəlki illərin buraxılışı olsa, bir o qədər də qiyməti qalxır. Bunlardan biri – “Apple HP” pleyer hərracda 27 min dollara satlıb. Şirkətin ilk məsullarından sayılan “Apple I” kompüteri 2014-cü ildə 900 min dollara satılıb. Bu ilin mayında baş tutacaq hərracda isə həmin məhsullardan birinin bir milyon dollara tədim olunacağı gözlənilir. Bu yararlılıq müddəti ötmüş texniki vasitələr kimə lazımdır, bəlli deyil. Onların tək “bacarığı” şüşə arxasından maraqlı eksponat kimi görünməkdir.

Hələ bu harasıdır? “Apple” şirkəti əvvəllər geyim, xalça, məişət əşyaları istehsal edirdi. 1983-cü ildə divar xalçaları da satışa çıxarılmışdı. 1986-cı ildə dərc olunmuş kataloqlarında evə aid hər şeyi tapmaq olardı. Bəlkə də zamanında alıcısı olmayan bu məhsullar indi ağ günə çıxıblar. Hərraclarda sobadan təzə çıxarılmış kökə kimi dərhal alınır. Elə qiyməti də isti kökə kimi əl yandırır.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/192999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR