“Lokomotiv” Azərbaycan çempionu oldu

“Lokomotiv” Azərbaycan çempionu oldu
19:07 29 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşib. Fanat.Az xəbər verir ki, Bakının “Lokomotiv” klubu çempionatın bitməsinə bir tur qalmış qızıl medalları təmin edib.

 

“Dəmiryolçular” buna Yüksək dəstənin II pley-off mərhələsinin V turunda nail olub. Naxçıvanda keçirilən II dövrənin 2-ci oyun günündə “Neftçi” ilə görüşən “Lokomotiv” 3:1 hesabı ilə qalib gəlib.

 

Xal hesabını 15-ə, izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran “dəmiryolçular” bununla da çempion tituluna yiyələnib.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lokomotiv-azrbaycan-cempionu-oldu-t57203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR