ABŞ-da Konqres binası yaxınlığında silahlı insident baş verib

ABŞ-ın paytaxtı Vaşinqtonda Konqres binası - Kapitoli yaxınlığında silah səsləri eşidilib.

Metbuat.az-ın məlumatına görə, atəş açdıqdan sonra avtomobili polislərin üzərinə sürən şübhəli artıq zərərsizləşdirilib. İnsident nəticəsində xəsarət alan yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR