“Rəqs edən milyonçu” Bakıya gəlir - FOTO

“Rəqs edən milyonçu” Bakıya gəlir - FOTO
19:23 29 Mart 2017
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən tanınmış Canluka Vakki 5-6 may tarixində öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı kimi Bakıya gələcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, çılğın rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış italyan biznesmen və filantrop Canluka Vakki Bakı Şopinq Festivalına qatılacaq.

Çox yaxında festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə pozitiv və həyat dolu Vakki Bakı tamaşaçılarını öz sürprizi ilə sevindirəcək.

Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Festival ilk dəfə bu il keçirilir və əsas məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaqdır. Tədbirlə əlaqədar olaraq, Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilir.

Festival iştirakçılarının (sahibkarların) xüsusi “Tax Free” nişanları olan ticarət obyektlərində, ƏDV qaytarılması üsulu tətbiq ediləcək, bununla da alış-veriş daha da sərfəli və cəlbedici olacaq. ƏDV qaytarılması qaydasından xarici turistlərlə yanaşı, yerli sakinlər də faydalana biləcəklər.

Festival zamanı çoxlu sayda əyləncəli tədbirlər – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/193009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR