Selfi çəkmək istəyəndə həlak oldular

Selfi çəkmək istəyəndə həlak oldular
19:27 29 Mart 2017
227 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada qəribə hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, selfi çəkən iki qızı təyyarə vurub. Nəticədə qızlar həlak olub.

Hadisə Meksikanın Çihuahua əyalətində baş verib. Kiçik təyyarələr üçün nəzərdə tutulmuş eniş zolağının yanında selfi çəkən iki qızı təyyarə vurub. Qəza nəticəsində qızlar həlak olublar. 

18 yaşlı Nitzia Mendoza Korral və 17 yaşlı Klarissa Morkeç Mirandanın selfi istəyi ölümlə nəticələnib. Hadisə şahidlərinin bildirdiyinə görə, qızlar ətrafdakıların etirazına qulaq asmayaraq uzun müddət uçuş zolağına çox yaxın bir ərazidə selfi çəkməyə davam ediblər. Enişə yaxınlaşan təyyarə isə qızları vurub. Nəticədə gənclər həlak olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR