Ferrarinin cəsədini oğurlayarkən yaxalandılar

İtaliyada polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində məşhur "Ferrari" markasının yaradıcısı Enzo Ferrarinin cəsədini oğurlamağa çalışan cinayətkar dəstə üzvləri saxlanılıb.

Metbuat.az bildirir ki, əməliyyat nəticəsində ümumilikdə 34 nəfər yaxalanıb. Dəstə üzvləri Ferrarinin nəşi qarşılığında onun ailə üzvlərindən fidyə tələb etmək istəyirmişlər. Plana əsasən, onlar Apenin dağlarında gizlənəcəkdilər.

Əməliyyatda 300 polis iştirak edib.

Qeyd edək ki, Enzo Ferrari 1988-ci ildə dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR