Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar? - FOTO

Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar? - FOTO
19:52 29 Mart 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq iki gündür ki, Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lar Dağıstanda saxlanılır. Lakin bu dəfə onları saxlayanlar gömrük və ya polis əməkdaşları deyil, elə TIR sürücülərinin Dağıstandan olan həmkarlarıdır.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Dağıstan uzaq yol sürücüləri respublika ərazisindən keçən TIR-ları saxladaraq onların sürücülərini "Platon" şirkətinə qarşı aksiyaya qoşulmağı tələb edirlər. Belə ki, dağıstanlı TIR sürücüləri federal yollardan istifadəyə görə TIR sürücülərindən haqq yığan "Platon" şirkətinə etiraz olaraq öz maşınlarını yol kənarlarında saxlayaraq aksiya keçirirlər. Və respublika ərazisindən keçən TIR-ların sürücülərindən də tələb edirlər ki, onlara qoşulsunlar. Lakin aksiyaya qoşulmaqdan imtina edib yoluna davam etmək istəyənlərə qarşı zor tətbiq edilməsi, hətta onların maşınlarının yandırılması halları da qeydə alınıb.

Hərçənd Dağıstan DİN aksiyanın insidentsiz davam etdiyini bildirib. DİN-in bildirdiyinə görə, aksiya iştirakçıları Dağıstan üzərindən yükdaşımaları əngəlləmirlər. Aksiyaçıların nümayəndəsi Rüstəm Malamaqomedov isə deyib ki, onlar respublikanın bütün regionlarında TIR sürücülərinə "Platon"a qarşı etirazlara cəlb etməyə çalışırlar. "İzah etməyə çalışırıq ki, niyə dayanmışıq. Onlar da dayanırlar, hədə-qorxusuz, səliqə ilə izah edirik"-o deyib. Bəs dayanmaqdan imtina edənlər necə olur? Malomaqomedov bu suala cavab verməyib.

Ancaq digər aksiyaçı fəal Ruslan Ramazanov etirazçıların respublika ərazisindən yük daşıyan maşınların hərəkətini əngəllədiyini təsdiqləyib. O, şüşələri sındırılmış bir neçə TIR-ın fotosunu da göstərib. Məlumata görə TIR-lardan birinə od vurulub, maşın yüklə birlikdə yanıb. Ramazanov onu da deyib ki, sürücülərdən biri Azərbaycandan gedən bir neçə TIR-ın məcburən saxlanıldığını görüb, maşınları "QAİ" əməkdaşları əhatəyə alıbmış.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/530349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR